Play Store

Misir prezidentinin səfəri Azərbaycana nə vəd edir?

AzərbaycanMisir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.

Bunu Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib. Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə aktiv şəkildə aparılacaq. Belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

“Misir prezidentinin Azərbaycana səfərindən yalnız müsbət nəticə gözləmək olar”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Misirlə Azərbaycanı tarixi, diplomatik və ənənəvi əlaqələr bağlayır. Misiri faktiki olaraq Azərbaycanla bağlayan xətlər yetərincədir. Hər iki ölkənin tarixi keçmişi İslam tarixi ilə bağlıdır. Misirdə uzun illər Məmlükilərin hakimiyyəti olub. Həmin hakim zümrə əsasən Qafqazdan, Türk coğrafiyasından getmiş insanlar olub. Misirlə Azərbaycanın çox ciddi turizm və ticarət əlaqələri var. Məhz bu kontekstdə münasibətlərdə yalnız inkişaf gözləniləndir. Azərbaycanla Misirin əməkdaşlığı yalnız siyasi motivasiya üzərində qurulmayıb. Doğrudur, hazırda Misirlə Türkiyə arasında xüsusilə hərbi çevrilişdən sonra gərginlik yaşanır. Amma zaman hər yaranı sağaldır. Praqmatik maraqlar digər məsələləri kənarda saxlamalıdır. Dünya tarixinə nəzər yetirsək, hərbi çevrilişlər dünyanın əksər ölkələrində baş verib. Məsələn, Türkiyədə Atatürk dönəmindən sonra 3 dəfə hərbi çevriliş olub. Zamanında hərbi çevrilişlərə uyğun da bəyanatlar səsləndirilib. Rusiya-Türkiyə münasibətlərinə gəldikdə isə, bu iki dövləti heç vaxt qardaş ölkə saymaq olmaz. Çünki hər iki dövlətin öz maraqları var.

Səfər mövcud şərtləri təsdiqləyəcək

Belə bir səfər haqqında artıq dövlətlər arasında razılığa gəlinib, dövlətin müvafiq strukturları bu istiqamətdə həyata keçiriləcək strategiya barəsində hazırlıqları artıq çoxdan aparıb. Müqavilənin, əməkdaşlığın şərtləri Azərbaycanın müvafiq institutları tərəfindən müzakirə olunub. Səfər çərçivəsində şərtlərin təsdiqi faktiki olaraq həyata keçiriləcək”

Misir prezidentinin Azərbaycana səfəri gözlənilir-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR