Misir prezidentinin Azərbaycana səfəri gözlənilir

AzərbaycanMisir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.

Bunu Azərbaycanın Misirdə səfiri Tural Rzayev deyib.

Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

Qeyd edək ki, Misir prezidenti Abdel Fattah əs-Sisi ötən ilin martında Bakıda keçirilən IV Qlobal Foruma dəvət olunsa da, sıx iş qrafiki səbəbindən səfəri baş tutmamışdır.//Trend

Azərbaycan erməni təxribatı ilə bağlı - NOTA GÖNDƏRDİ - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR