2004-cü ildə “Miss Turkey” gözəllik yarışmasında ikinci yeri tutan türkiyəli model və aktrisa Fatoş Seğmen qızı Alya Erdoğanın vəfat etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözəl duyğusu olduğunu öyrətdin. Məkanın cənnət olsun. Səni çox, lap çox sevirəm. Həmişə qəlbimdə yaşayacaqsan, mələyim”, – deyə o yazıb.
Qeyd edək ki, Fatoş Seğmenin həyat yoldaşı Bülent Erdoğan da 2025-ci il avqustun 31-də vəfat edib.