"Lester Siti"nin prezidenti Viçay Srixaddanaprabxa Taylandda korrupsiyada ittiham olunur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Viçay və onun oğlu Ayyavatın sahib olduğu "King Power" kompaniyası bir neçə milyon dollar vəsaiti mənimsəməkdə şübhəli bilinir. Belə ki, şirkətin Bankok hava limanı ilə bağlı franşizadan 327 milyon funtu dövlətə ödəmədiyi ortaya çıxıb. Taylandın Korrupsiya ilə mübarizə üzrə Dövlət Komitəsinin sədri bu məsələ ilə bağlı iş qaldırıb. "King Power" hava limanı ticarət dövriyyəsindən əldə olunan gəlirin cəmi 3 %-ni (15% olmalı idi) dövlət büdcəsinə köçürməkdə təqsirləndirilir.
Sözügedən şirkət 2010-cu ildə "Leicester City"ni 39 milyon funta satın almışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində