“Parma”nın keçmiş yarımmüdafiəçisi, ötən mövsüm İtaliya çempionatının 5-ci divizionunda, “İmoleze” klubunda çıxış edən qanalı futbolçu Solomon Nyantaki 43 yaşlı anası və 11 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.

Publika.az xəbər verir ki, 21 yaşlı futbolçu cinayəti yaşadığı mənzildə törədib. Onun Milanda saxlanıldığı bildirilir. İlkin dindirilmə zamanı o, cinayəti boynuna alıb. Hadisənin motivləri barədə hər hansı məlumat verilmir. (apa)