"Prezident İlham Əliyev məmurları daim xalqa nümunə olmağa çağırıb və hökumətin son iclasında bu məsələyə bir daha diqqət yetirdi. Hesab edirəm ki, cənab prezident tamamilə haqlıdır. Siyasi elita ölkədə bütün məsələlərdə digərlərinə yaxşı nümunə olmalıdır. Bu mənada dövlət başçısının bu çağırışını dəstəkləyirəm".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

"Məmurlar, nazirlər və digər vəzifəli şəxslər..."

Onun sözlərinə görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından əvvəl də dəfələrlə məmurların və onların ailə üzvlərinin davranışı ilə bağlı məsələlərə toxunub:

​ "Məmurlar, nazirlər və digər vəzifəli şəxslər..."

Prezident İlham Əliyev: "Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq"