"Hökumətin son iclasında prezident İlham Əliyevin Ermənistana təzyiqlərin artdığını bildirməsi o deməkdir ki, Azərbaycan diplomatiyası artıq uğurlu nəticələr əldə edir. BMT-nin münaqişənin həlli ilə bağlı məlum 4 qətnaməsindən sonra bu sahədə diplomatik uğurlarımız da çox böyükdür. hesab edirəm ki, artıq gələcəkdə işğalçıya qarşı hərbi əməliyyatlar aparmaq üçün lazım olan həm hüquqi, həm də diplomatik zəmin tam yaradılmış vəziyyətdədir. Fikrimcə, prezidentin son işarələri və çağırışları ona yönəlib ki, əgər Ermənistan ordusu qısa zaman ərzində Azərbaycan ərazilərini tərk etməzsə, nə Ermənistan, nə də onların ağaları düşünməsinlər ki, biz bu cür status-kvonun davam etməsinə dözəcəyik. Biz artıq qəti tədbirlər görəcəyik!"

"Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.

"Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"

Millət vəkilinin fikrincə, dövlət başçısı bir çox məqamlarda bəzi həqiqətləri bütün nazirlərdən və digər yüksək vəzifəli məmurlardan xeyli irəli gedərək çox açıq şəkildə deyir: "Məsələn, dövlət başçısı bəzi ölkələrin müstəmləkə siyasətini qəbul etməsini, bəzi ölkələrin basqı göstərməsini, hansı tərəflərdən təzyiqlərin olmasını ifadə edir. Bəlkə də protokol qaydalarına görə, bunları dilə gətirmək bir qədər riskli olmasına baxmayaraq, prezident bu məsələlərdə çox cəsarətlə tövr qoyur və o, dəfələrlə milli iradəni açıq şəkildə ifadə edib. Prezident həmişə deyib ki, vaxtilə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb, amma bundan sonra ikinci erməni dövləti yaradılmasından söhbət gedə bilməz".

"Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"

"Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"

Ermənistana təzyiq artıb