İraq hərbçiləri İŞİD-dən qisas alır -

Mərkəzi Nyu-York şəhərində yerləşən İnsan Haqları Müşahidə təşkilatı dəhşətli hesabat yayıb.

Metbuat.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, İraq ordusu İŞİD terrorçuları olduğu ehtimal olunan insanların ailələrini kollektiv şəkildə cəzalandıraraq onlara qarşı cinayət törədir.

Mosul əməliyyatından sonra azı 170 terrorçu ailəsinin ətrafdan tamamilə təcrid olunmuş qapalı islah evlərinə yerləşdirildiyi bildirilib.

"Bu mərkəzlərin islahla heç bir əlaqəsi yoxdur. Bunlar əslində hərəkətlərində heç bir cinayət tapılmayan böyüklərin və uşaqların saxlanıldığı faktiki nəzarət mərkəzləridir "

İraqlı nümayəndələr hələ ki, məsələ ilə bağlı açıqlama verməyiblər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR