Play Store

Ağcaqanadlardan bu təbii üsullarla qorunun - Çox faydalıdır

Yay ayının bezdirici ağcaqanadları nəinki istidən adamı əsəbdən çıxarır, hətta dəri ilə təmasdan təhlükəli xəstəlik yarada bilər. Ona görə əsasən körpələri gözləmək lazımdır. Ağcaqanadladan qorunmaq üçün bəzən kimyəvi dərmanlardan istifadə edilir. Ancaq bu dərmanlar da tənəffüs üçün təhlükəli ola bilər. Bu dərmanlardan uzaq olmaq üçün təbii vasitələr də bizim köməyimizə çatacaq.

1. Ağcaqanaddan qorunmaq üçün vanil, nanə, okaliptus, evkalipt, yağları daha yaxşı təsir edir. Bu yağları satışdakı ağcaqanad dərmanları satılan şüşə qablara tökülüb cərəyana qoşulur.

2. Yaxud 0.5 ç.q vanilli su ilə qarışdırıb dəriyə çəkilir. Bu zaman ağcaqanad həmin qoxuya görə yaxın gəlmir.

3. 4 ədəd şüşə qab götürülür, 40 damcı ağacaqandaların xoşlamadığı yağlar (bu sidr ağacı, lavanda, limon, rozmarin, nanə, nanəcövhər, evkalipt yağlarından biri ola bilər).

- 2 limon və ya laym (lumu) limonun xırda variantı.

- 8 zoğ rozmarin ya nanə.

- su.

- yumru şam (suyun üzündə duracaq).

a) hər şüşə qaba 2 zoğ rozmarin ya nanə qoyulur.

b) hər qabın ¾ hissəsinə su tökülür.

c) hər qaba 10 damcı yağ tökülür.

d) dilimlənmiş sitrus meyvələri bankaya qoyulur.

e) su əlavə edilir. Yumru şamlar suyun içinə qoyulur və yandırılır.

j) bankadakı su 4-5 gündən bir dəyişdirilir.

d) bu sadə üsul nəinki ağcaqanadları, bütün həşəratları qovur. Bunu elə mətbəxdə də yandıra bilərsiniz.

Tahirə



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR