"Baltikyanı ölkələrlə iqtisadi əlaqələr çox vacibdir"

Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb. 

Metbuat.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub.

“Baltikyanı ölkələrlə iqtisadi əlaqələrin inkişafı Azərbaycanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Azərbaycanın Baltikyanı ölkələrlə iqtisadi əlaqələrini qənaətbəxş hesab etmək olmaz. Azərbaycanın həmin ölkələrə satdığı məhsulların əsas hissəsini neft, xam neft məhsulları və qaz təşkil edir. Azərbaycan hələ ki, Baltikyanı ölkələrə neft satmır. İqtisadi forumların keçirilməsi, Baltikyanı ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi çox vacibdir. Azərbaycan məhsullarının o ölkələrə çıxışını təmin etmək üçün belə səfərlər və görüşlərin əhəmiyyəti böyükdür. Həmin ölkələr Azərbaycan üçün potensial bazarlardır. Azərbaycan çalışır ki, xarici investorları ölkəyə dəvət etsin. İqtisadi əlaqələrin genişləndirilməsi üçün ölkə daxilində bəzi idarəetmə islahatlarının keçirilməsinə ehtiyac var. Ölkəyə xarici investor dəvət etmək üçün ölkədə yaxşı investisiya mühiti olmalıdır. Aqrar sektor Azərbaycanın ən mühüm ənənəvi sahələrindən biridir. Aqrar məhsulları Baltikyanı ölkələrin bazarına çıxarmaq olar. Çalışmalıyıq ki, Baltikyanı ölkələrdən Azərbaycana təkcə xammal yox, həm də kapital ixrac olunsun. Bu isə yeni iş yerləri, yeni istehsal sahələrinin yaranmasına şərait yaradacaq”.

"Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Arzu Nağıyev-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR