Qayıq satışına qadağa qoyuldu

Avropa Birliyi miqrant axınının qarşısını almaq məqsədilə Liviyaya qayıq satışına qadağa qoymağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, Brüsseldə görüş keçirən Avropa Birliyi xarici işlər nazirləri yalnız balıqçıların tətbiq ediləcək qadağadan kənarda qalacağını bildiriblər.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən, 2017-ci ilin əvvəlindən bu vaxta qədər Aralıq dənizindən Avropaya təxminən 100 min insan miqrasiya edib. Onların 84%-i məhz qayıqla Liviyadan İtaliya sərhədlərinə keçib. Həyati baxımdan təhlükəli qayıqlar yüzlərlə miqrantın ölümünə səbəb olub.

Terrorçular sağ qalmaq üçün əsgərlərə pul təklif edir - Mosulda-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR