Ən çox itki verən ölkənin adı açıqlandı

BMT (Birləşmiş Millətlər Təşkilatı) 2017-ci ilin yanvar-iyun ayları ərzində Əfqanıstanda ölən dinc sakinlərin sayını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu ilin 6 ayı ərzində Əfqanıstanda 1662 dinc sakin ölüb, 3581-i isə yaralanıb. Ölənlərin 43%-nin "Taliba"nın hücumları nəticəsində həyatlarını itirdikləri deyilir. Ən çox itki isə Nanqaxar, Kabil və Helman şəhərlərinə məxsusdur.

Qeyd edək ki, Ramazan ayının ilk günlərində Kabildə su tankerinə quraşdırılan bombanın partlaması nəticəsində 150 insanın ölümü son 15 ilin ən qanlı hadisəsi kimi qiymətləndirilmişdi.

Qayıq satışına qadağa qoyuldu - Avropa Birliyi-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR