80 nəfər əl-ələ verib 2 azyaşlını belə xilas etdi

Müvafiq olaraq 8, 11 yaşlı Stiven və Noy qardaşlarını xilas etmək uğrunda bütün ailə məhv ola bilərdi.

Metbuat.az bildirir ki, hadisə Florida çimərliyində baş verib. 8 yaşlı Stiven və 11 yaşlı Noy özləri də bilmədən sahildən çox uzaqlaşıblar. Suyun dərin yerinə çatan uşaqlar batmaq təhlükəsi hiss edib qışqırışmağa başlayıblar. Bunu görən valideynləri özlərini suya ataraq dənizin dərinliyinə tərəf üzüblər. Onlar da batdıqlarını hiss ediblər. Bunu görən çimərlik əhlindən 80 nəfər ailənin batmaması üçün əl-ələ yapışaraq zəncirvari düzülüb onları boğulmaqdan xilas ediblər.

Bu təhlükəli və maraqlı hadisənin şəkillərini sizə təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR