İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib. ABŞ Suriyanın şimalında hərbi gücünü artırmaqdadır. ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib. ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir. İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib.

Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bu informasiya fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.

S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Kremldən ZƏNG, “əraziləri qaytar, ya da müharibə” ŞƏRTİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Prezidentlərin görüşü ilə bağlı MÜDHİŞ İDDİA: bu şərtlər Ermənistana diktə ediləcək