Ananas yağının ev şəraitində asan üsulla hazırlanması -

Bu səfər sizə ananas yağının hazırlanması prosesi barədə məlumat verəcəyik.

İlk öncə ananas qabıqlı halda fırça ilə yuyulur. Sonra xırda-xırda doğranılır, üzə çıxana kimi rəfinə olunmamış zeytun yağı tökülüb, qaranlıqda (soyuducuda da mümkündür) saxlanılır. 1-2 ay keçdikdən sonra ananas yağdan çıxarılır.

Hazır yağı su ilə isladılmış təmiz pambıqla üz, dirsək, daban və digər bədən hissələrinə sürtmək olar. Yağ dəridə olduğu halda günə çıxmaq məsləhət deyil.

2 həftədən sonra artıq dərinizin körpə dərisi kimi nəmli və yumşaq olduğunun şahidi olacaqsınız. Bu, üz dərinizin vaxtından erkən qırışmasının qarşısını alacaq.

Qeyd: Ananas bu müddət ərzində qıcqırmayıbsa və ya kif atmayıbsa, qabığını kəsib salatlarda istifadə etmək olar.


Tahirə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR