Çexiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Diplomat qeyd edib ki, eyni zamanda, Çexiya hesab edir ki, münaqişənin hərbi həlli yolverilməzdir.

Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Çexiya da münaqişənin beynəlxalq hüquqa uyğun dinc həllini dəstəkləyir.

Milli.Az