"Game of Thrones" aktyorlarının fantastik qazancları

Həyəcanla gözlənilən və "Winter is here (Qış gəldi)" başlığı ilə 7-ci mövsümünə başlayan "Game of Thrones" serialı 170 ölkədə yayımlanıb.

Metbuat.az xəbər verir ki, son mövsümün ilk hissəsi "Dragonstone" statistikaya görə, indiyə qədər ən çox izlənən hissə olub.

10.1 milyon insan tərəfindən canlı olaraq izlənib, digər izlənmə sayı isə 16 milyonu keçib.

Qonorarlar 

Emilia Klark (Daenerys Targaryen) - 15 milyon 466 min 154 dollar 

Kit Harrington (Con Snow) - 15 milyon 466 min 154 dollar

Piter Dinklage (Tyrion Lannister) - 15 milyon 466 min 154 dollar

Lena Headey (Cersei Lannister) - 15 milyon 466 min 154 dollar

Nikolaj Coster - Waldau (Jaime Lannister) - 12 milyon dollar

George R. R. Martin (Müəllif) - 2012 - 15 milyon dolar, 2013 - 13 milyon dolar, 2014 - 12 milyon dolar, 2016 - 9.5 milyon dollar

Maraqlı məlumatlar 

7-ci mövsüm əvvəlkilərdən fərqli olaraq, 7 hissədən ibarət olacaq. Serial 8-ci mövsümdə tamaşaçılarla vidalaşacaq.  

Həmçinin 8-ci mövsüm serialın ən qısa mövsümü olacaq.

Hər detalı maraqla izlənilən "Game of Thrones" ilə bağlı digər maraqlı məqamlar: serial 2011-ci ildə yayıma girdi və bununla da yayımladndığı "HBO" televiziya kanalının abunə sayı 44 faiz artdı.

Serialın 3-ci mövsümü pirat olaraq 5.9 milyon dəfə endirilib.

5-ci mövsümdə hissə başı dəyəri 2 milyon dollar olub. Ancaq həmin mövsümün ən qanlı hissəsi "The battle of Blackwater" bölməsinə 8 milyon dollar xərclənib.

Proqnozlara görə, 6-cı mövsümün hissə başı dəyəri isə 10 milyon dollardır.

NTV-də yayımlanan bir xəbərə görə, 7-ci mövsüm 10,5 milyon amerikalı tərəfindən qeyri-qanuni yollarla izləniləcək.

Serialın gündəlik endirmədən gələn gəliri 887 min dollardır.

Bundan başqa, "Game of Thrones" dünyada ən çox pirat yolla yüklənən serialdır.

Aygün Kazımova yaraşıqlı oğlan axtarır - Traktorçu da ola bilər-FOTOLAR- Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR