Rusiya hərbi gəmilərinin Bakı sahillərində görünməsinin səbəbləri

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə iyulun 23-də Bakıya gəlib.

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev Rusiya Hərbi Dəniz Donanmasının Bakıya gəlişinin məqsədlə bağlı olduğunu deyib.

“İstər hərbi, istərsə də digər sahə olsun, atılan addım məqsəd və məramdan asılıdır. Əgər Rusiya Hərbi Dəniz Donanması doğrudan da "Dəniz Kuboku"nda iştirak üçün gəlibsə, bu Azərbaycan üçün heç bir mənfi təsir törədə bilməz. Xəzər dənizini “Sülh dənizi” kimi elan etmişik. Xəzər eyni zamanda karbohidratlarla zəngin olan bir dənizdir. Rusiya bir neçə dəfə Suriya böhranı ilə bağlı məqsədində öz sərhədləri çərçivəsində Xəzər dənizindən istifadə edib. Fikrimcə, bu güc nümayişidir. Azərbaycan-Rusiya prezidentlərinin Soçidə keçirilən görüşləri bir daha onu göstərdi ki, Rusiya Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıq istiqamətində müvafiq addımlar atmağa çalışır. Unutmaq olmaz ki, sərhədyanı ölkələr üzrə Xəzərin statusu ilə bağlı problem hələ ki,  öz həllini tapmayıb”.

Rusiyanın hərbi gəmiləri Bakı sahillərində - Xəzərdə nə baş verir? / POLKOVNİK AÇIQLADI-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR