"Sekutanın Azərbaycana nə vaxt gələcəyi dəqiqləşməyib" - Uorlik

"Sekutanın Azərbaycana nə vaxt gələcəyi dəqiqləşməyib" - Uorlik
18:19 8 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

 

ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.

 

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

 

“Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik” - deyə diplomat vurğulayıb.

 

Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR