“Barselona”nın məşqində qalmaqal

Barselona”nın son məşqində qalmaqal baş verib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, Neymarla Nelson Semedu arasında gərginlik yaşanıb. “As” qəzeti yazır ki, Neymar Semedunun topa oynayarkən onun ayağına kobud şəkildə müdaxiləsinə sərt reaksiya verib.  

Bu zaman braziliyalı hücumçu portuqaliyalı müdafiəçinin üzərinə hücum edərək ona yumruqla zərbə endirmək istəyib. Amma “Barselona”lı futbolçular əlbəyaxa davanın olmasına imkan verməyiblər.  

Qeyd edək ki, son günlər Neymarın “Barselona”nı tərk edərək PSJ-yə keçəcəyi iddia olunur. //Qol.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR