Xəstəxanalara xəbərdarlıq edildi

Türkiyə Tibb Texnologiyaları İstehsalçıları Dərnəyi xəstəxanalara xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Dərnəyin sədri Özgür Tomruk birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi alətlərin pasientlərin həyatına son qoyduğunu bildirib.

“Birdəfəlik istifadə üçün nəzərdə tutulan alətlər universitet, dövlət və özəl xəstəxanaların bir çoxunda dəfələrlə istifadə olunur. Bu yolla pasientin toxuması, qanı, əti digər pasientə yoluxur. Alətlərin hədsiz istifadəsi onların effektivliyini də azaldır ki, bu isə əməliyyat masasında pasientin ölümünə yol aça bilir. Məsrəfə yol verməmək naminə insanların həyatı ilə oynamaq düzgün deyil”, - deyə Tomruk bildirib.

Depressiyaya düşməmək üçün bundan yeyin -SİYAHI-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR