Bu ay MTRŞ telekanalların monitorinq nəticələrini elan edəcək
Paylaş
75 baxış·1 dəq oxu
Bakı. 1 avqust. REPORT.AZ/ Avqust ayının ikinci ongünlüyündə Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilati dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi üzrə iyun-iyul ayları ərzində aparılmış ölkə telekanallarının monitorinq nəticələri elan olunacaq. "Report"un xəbərinə görə, bu barədə MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib. O bildirib ki, monitorinqlərə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları cəlb olunub.