“Report” xəbər verir ki, bununla bağlı Kayseri təmsilçisinin prezidenti Erol Bedir yazılı açıqlama ilə çıxış edib.
O bildirib ki, klubun məşqçi və futbolçulara olan ümumilikdə 36 milyon 100 lirə borcu ödənilib. Bu məbləğin 2 milyon 88 min lirəsi komandanın sabiq baş məşqçiləri R.Prosineçki və Tolunay Kafkasa çatıb.
Qeyd edək ki, Robert Prosineçki 2012-2013 mövsümündə “Kayserispor”un baş məşqçisi olub.