Bakıda pulsuz "Wi-Fi" olan ərazilər

Bu gündən ödənişsiz "Wi-Fi"dan artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də yararlanmaq mümkündür.

Metbuat.az-ın məlumatına görə, bununla əlaqədar işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb. 

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub. 

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR