"Report" "Qarabağ" futbol klubunun saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şerif"lə oyunsonrası mətbuat konfransında deyib.
"Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm” – deyə o əlavə edib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.