"iPhone 8" smartfonlar

Sosial şəbəkələrdə texnologiya məhsulları barədə məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemmerstoffer "Apple" şirkətinin yeni "iPhone 8" smartfonlarının istehsalına başladığını deyib.

O, bu barədə "Twitter" səhifəsində öz mənbələrinə istinadən yazıb. 

Onun sözlərinə görə, istehsalat prosesi cədvələ uyğun davam edir, ona görə də yeni məhsul planlaşdırıldığı vaxtda təqdim olunacaq. 

Bununla belə bir sıra mənbələr təqdimat mərasiminin gecikə biləcəyini deyir. Buna səbəb kimi OLED-ekranların çatışmazlığı göstərilir. 

"iPhone 8"-in təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu smartfonların çərçivəsiz OLED-ekranlı olacağı gözlənilir. //Trend

Türkmənistana pulsuz səyahət imkanı... - "Turan elləri" / VİDEO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR