Dünyada ancaq zəngin adamlar yaşayacaq - BƏŞƏRİYYƏTİ YOX ETMƏ PLANI

Dünyanın zəngin ailələri qrupuna daxil olan bəzi soylu-insanlar 3-cü dünya ölkələrində peyvənd kompaniyası üçün külli miqdarda pul xərcləyirlər. Bu xərcləri əsasən “elit soy” ailələr ödəməli olurlar.Ümumiyyətlə, birmənalı şəkildə bilmək lazımdır ki, peyvənd kompaniyalarının vazkeçilməz məqsədi kütləvi qırğını təşkil etmək, sağlamlıq, həyat qurtarmaq deyil, kütləvi yayqın xəstəlikləri təşkil etməkdi. Bu işin başında duranlardan biri də Qlobal Birlik Vəqfidir. 

Bu şər oyunların başında gələn ən məhşur və tanınmış təşkilatların adlarını eşitsəniz yəqin heyrət edəcəksiniz. Buyuru: Dünya Sağlamlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Dünya Bankı Qrupu, Bill və Melinde Gates Vəqfi, bağış yapan ölkələrin hökümətləri, inkişaf etməkdə olan ölkələrin hökumətləri, peyvənd sənayesi, Araşdırma və Texniki Sağlamlıq Sənayesi, qeyri-hökumət təşkilatları və “müstəqil” fərdlər....

Onu da qeyd edim ki, Norveç, “yoxsul ölkələrdəki uşaqların həyatlarını qurtarmaq üçün” peyvənd proqramında Bill Gates və İngiltərə ilə birlikdə yaxın təmas içərisində işləyir.

“21-ci Əsrin Planı” adı altında müəyyənləşdiliən plan 1992-ci ildə Braziliyada Ekologiya və İnkişaf Konfransında diqqətləri yenidən özünə çəkdi. Konfransın sədri, neft maqnatı, Kanadalı bir iş adamı olan Maurice Strong idi. Bu adam həyatı boyunca Rothschild və Rockefeller ailələrinə xidmət etmiş, onların nökərinə çevrilmişdir

“21-ci Əsrin Planı” əməliyyatı insanları “qoruma” adı altında, əslində bəşəriyyəti kölə vəziyyətinə salmaq üçün bütün gücünü sərf edən faşist bir zehniyyətin (“əhalinin azaldılması” ) planıdır.

Atmosferdə dəlik açan, dənizə və atmosferə radiasiya yayan, yaşıl meşəlikləri yox edən , Meksika körfəzindəki ekosistemi məhv edən dünyanın ən böyük ətraf düşmənləri, ağıl almaz şəkildə necə olur ki, birdən birə dünyanın ən yaşıllıq sevən dostlarına çevrilə bilirlər. Olduqca qorxunc bir səhnəylə üz-üzə qalmışıq, deyilmi?

“21-ci Əsrin Planı “ zəngin-soylu ailələr tərəfindən qurulmuş və onların nəzarətində olan Birləşmiş Millətlər Təşkilatının birbaşa reallaşdırdığı, tətbiq elədiyi işidir. Dünyanı ələ keçirmək üçün bu insan qatillərinin 40 bölümdən ibarət maddələri məhşurdur. Onların əsas məqsədləri isə ümumi və təxmini olaraq belədir;

- Xalqların Milli müstəqilliyinə son veriləcək,

- Torpaq qaynaqları, eko sistemlər, çöllər, meşələr, dağlar, okeanlar, içməli su, kənd təsərrüfatı, şəhərsalma, biotexnoloji planlaması və onun rəhbərliyi dövlətə aid olacaq, hər bir kəs bərabər qaydada kölə durumuna salınacaq.

- Maliyyə qaynaqlarını və iş dünyasını dövlət təyin edəcək.

- Xüsusi deyilən mülkiyyət ortalıqdan qaldırılacaq,

- Ailə sistemi yenidən şəkilləndiriləcək ,

- Uşaqları yalnız dövlət yetişdirəcək,

- İnsanların işlərini ancaq dövlət təyin edəcək,

- Səyahətlərə qarşı böyük məhdudiyyətlər və əngəllər qoyulacaq ,

- İnsanlar üçün xüsusi yaşayış bölgələri yaradılacaq,

- elə edəcəklər ki, insanlar yaşadıqları yerlərdən köç etməyə məcburiyyət yaradıllacaq və yenidən kütləvi şəkildə məskunlaşmlar təşkil ediləcək.

- necə olursa olsun, təhsilin keyfiyyətini sıfıra salmaq lazım gələcək. Axır ki, bunu bacara bildilər.

əslinə baxsanız, yuxarıda sadaladığım planların əksriyyəti indiyə kimi həyata keçirilir desəm, yanılmaram.

Bütün bunlar qlobal, milli və regional səviyyədə reallaşdırılacaq. Bu xəstə ruhlu insanların istədiyi kimi bir sürüyə çevrilmək və yoxluğa tərk edilmək gerçəkdən adamı diri diri yandırıb yaxır. Demək bizim övladlarımız, bizdən olanlar, o gələcək nəslin nümayəndələri belə bir durumu qəbullənərək o cəhənnəmdə yaşamaq məcburiyyətini qəbullənməlidirlər? Oysa, bizlər ideal dünya uğrunda nəfəs alır, xoş bir gələcək uğrnda hərəmiz öz çapımızda yaşayır, mübarizə aparırıq. Alın, bu da sizə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO). Bizi kimlər idarə edir, biz kimlərə öz taleyimizi həvalə etmişik, bizlər öz mədəni varlğımızın qarantisi üçün haralara ödədiyimiz pullarrın fərqində deyilik. Biz o yerlərə pul ödəyir və zəhmət xərcləyirik ki, gəlin, bizi məhv edin, yox edin, aşağılayın.

Ata Buşu və Bill Klintonun başqanlıqalrı dönəmində “21-ci əsr Planı” dəstəklənmiş, bu dəstəklənmə bu günə kimi sonu gəlməyən ölümlərə, qırğınlara yol açmışdır.

Beynəlxalq Bio-Müxtəliflik Sazişi, Birləşmiş Millətlər Təşkilatının 1992 Dünya sammitində bir “Rothschild-Rockefeller kuklası'” olan Maurice Strongun başçılığında qəbul edildi, bağlanıldı. Beləliklə o vaxtdan “ətraf sui-qəsdi” öz işini hər vəchlə davam etdirmkdə xeyli irəliləyişlər əldə elədi.

Birləşmiş Millətlər Təşkilatının Qlobal Bio-Müxtəliflik Bəlirləmə (müəiyyən etmə) hesabatı, insan sayının% 85-nin azaldılmasını təklif edir. Amerikanın qaradərili prezidenti Obamanın rəhbərliyi tərəfindən təyin edilmiş olan “elm çarı” John P. Holdren də bu cani şəbəkənin söz sahibi üzvlərindən hesab edilir. Bu üzdəniraq alim də 1977-ci ildə 'Eko-Elm "adlı kitabda insan əhalisinin ən çox bir milyard olmasının lazım gəldiyini təklif edirdi.

Amerikanın Georgiya əyalətinin Elbert diyarında astrolojik olaraq hazırlanmış qranit üzərində olduqca sirli bilininən bilinən Georgiya kitabələri mövcuddur. Bu kitabələrin 1979-cu ildə R.C.Kristian adlı adamın yazmaqla vəzifələndirilimiş birisi olduğu iddia edilir. Bu kitabələrdəki yazılar müxtəlif dillərdə öz əksini tapmışdır. Bu kitabələrdə rəhbər səviyyədə gələcək dünya üçün nəzərdə tutulmuş 10 maddəlik təkliflər yerini alıb. Bu kitabədə yazılır ki,

"Bəşəriyyətin sayısını 500.000.000 rəqəminin altında saxlayın və bu sayını təbiət ilə tarazlıq içərisində saxlayın. Törəməyi ağıllıca idarə edin və bunu kontrol altına alın. “

Bütün bunlar öz yerində. Əgər qəlbində Allah sevgisi və dərki olan insanlar bir araya gəlib tezliklə bu Şərə qarşı birləşə bilsələr, bu mənfur planın heç biri həyatımızda öz yerini tapmayacaq. Bunun üçün tələsmək və imanla hərəkət etmək lazımdır. Dərin bir yuxuya dalmış bəşəriyyət elə belə deyilmir ki, yatıbdır. Bizləri, gerçəkdən, planlı, məqsədli yatızdıran, uyuşduran nəhəng qüvvələr, güclər var. Bu qorxunc bilgilər və gözlərimiz önündə baş verən bəzi rastlaşdığımız o cinayətlər müqabilində oyanmamaq mümkün deyildir. Bu oyunlara qarşı ilgisiz, hərəkətsiz qalmaq hec cürə mümükün deyil!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR