Müğənni Roza Zərgərli avqustun 11-i "Mambo Beach"də verəcəyi konsertinin hazırlıqlarına başlayıb.
Milli.Az-a açıqlama verən ifaçı bildirib ki, gecə üçün xüsusi geyimlər hazırlayıb:
"Mən hər bir zaman öz işimə ciddi yanaşıram. Konsertim üçün xüsusi sürprizlərim olacaq. Yeni mahnılar, kliplər və daha nələr. Həmin gecədə geyinəcəyim geyimdə xüsusi olacaq. Düşünürəm ki, həmin gecə mənim gecəm olacaq".
Qeyd edək ki, "Hər gün" adlanan konsertdə R.Zərgərlinin sənət dostları Yaşar Yusub, Niyam Salami, Samira Allahverdi, reper Elşad Xose və başqaları da iştirak edəcək.
Milli.Az