Dahi rəssamlar Salvador Dali və Pablo Pikassonun nadir, qara-ağ fotolarından ibarət sərgi açılıb. Sərgidəki fotoların hamısı satışa çıxarılıb.
Milli.Az The Guardian-a istinadən bildirir ki, sərgi-hərrac Londonun Hempsted səmtindəki "Zebra One" qalereyasındadır.
Nadir fotolar 1952-1968-ci illərdə çəkilib.
Sərgidə habelə Mark Şaqal, Bernard Baffet, Fernan Lyej, ser Ceykob Epşteyn, Coan Miro və Moris Utrillonun fotoları da var.
Fotoların ilkin satış qiymətləri 500-2000 min funt-sterlinq arasındadır.
Milli.Az