Türkmənistan prezidentinin Bakı səfərindən gözləntilər...

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.

Metbuat.az xəbər verir ki, səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

"Görüşün prioritet məsələsini layihə təşkil edir".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“Son zamanlar Azərbaycan-Türkmənistan münasibətlərində problemlər sezilmir. Görüşün əsas məsələsini Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Cənub Qaz Dəhlizi layihəsinə (TAP və TANAP) qoşulması və qazın Avropaya çıxarılması təşkil edir. Rusiya məsələnin əleyhinədir. Çünki, Türkmənistan qazı əsasən Rusiya kəmərləri ilə ixrac olunur. Qətər böhranı zamanı Türkmənistan qazının Çinə ixrac olunması məsələsi gündəmdə idi. Lakin Qətərlə İran bunun əleyhinə çıxış etdi. Çünki Qətər özü qaz ixracatçısı ölkəsidir. Belə olan təqdirdə Çin Türkmənistan qazını almaqdan imtina etdi”.

Canavar yaşlı kişini parçaladı - Ağsuda-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR