Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Şəfa" Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Günün digər görüşündə isə "Zirə" və "Qəbələ" kollektivləri qarşılaşıblar. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.