Karib ölkəsi Dominikan Cumhuriyyətində illərdir yaşanan bu hadisənin sirri çözülmək bilmir.
Normal halda dünyanın hər yerində körpə doğulduqda həkimlər qız və ya oğlan uşağı olduğunu asanlıqla söyləyə bilir. Dominikanın ucqar kəndi Salinasda bu vəziyyət bir az fərqlidir.
Salinalı bəzi oğlan uşaqları qız görünüşlü doğulsa da, ərgən yaşlarında cinsi orqanları kişi cinsi orqanına çevrilir.
Bir ferment əskikliyindən ibarət bu az rast gəlinən genetik bir pozğunluq Salinasda 90 kişidən birində rast gəlinir.
Tibb dünyası tərəfindən 1970-ci ilə qədər bilinməyən bir hal olsa da Salinasda nəsildən nəsilə keçən bir həqiqətdir. Yerli xalq üçün bu vəziyyət artıq normal hal kimi qəbul edilir. Salinaslılar bu sindroma "guevedocez", yəni "12 yaş penis" sindromu deyirlər.
BBC2 kanalında sentyabr ayında yayımlanacaq olan sənədli filmdə Salinasda yaşanan bu maraqlı mövzu haqda çəkilişlər gedir.
Salinaslı Cohnni adlı gənc "Uşaqkən qırmızı bir paltar geydiyimiz və qız olaraq yetişdirildiyimizi xatırlayıram" ifadələrini işlədib.
Məhəmməd Vaqif
Milli.Az