Beləliklə, ermənilər qondarma soyqırımın 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımın 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.
Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan – Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər”.