Britaniyanın BBC teleradiokorporasiyasının əsas telekanalı olan BBC-də pray-taym xəbər buraxılışı olan "News at Ten"də biabırçı olay yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşhur teleaparıcı Sofi Ruort efirdə, canlı yayımda olarkən onun arxasındakı studiyada kompüterlərdən birində qadının soyunaraq lüt qaldığı və yataqda sevgilisi ilə "eşq"ə başladığı kadrlar görünüb.

3,8 milyon tamaşaçı bu rüsvayçılığı seyr ediblər.

49 yaşlı Sofi Ruort isə baş verənlərdən xəbərsizdi və İngiltərənin kriket üzrə yığma komandasının Cənubi Afrika Respublikasının millisi üzərində qələbəsindən bəhs edirdi.

Ötən həftə isə canlı yayımda xəbər proqramı olanda studiyadakı əməkdaşların şit zarafatlar edərək əyləndikləri kadrlar görünüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda biabırçılıq: aparıcı pərt  oldu - VİDEO - FOTO +18Canlı yayım zamanı daha bir skandal