“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 8-nə qədər nazirliyə (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 82 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Azər Orucovdur (tel: (012) 4923984).
Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.