Əsgərlər gizlicə sərhədi keçdi -

Laos ordusunun 10-larla əsgəri sərhədi gizli yollarla keçərək Kamboca ərazisinə daxil olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kambocanın baş naziri Hun Sen açıqlama verib. O bildirib ki, həmin hərbçilər sərhəddə yerləşən bir əyaləti nəzarətə götürüb.

Qonşu ölkəylə münasibətlərin pozulmasını istəmirəm deyən hökumət başçısı, Laos ordusuna ölkədən çıxmaq üçün bir həftə vaxt verib. Əks halda onlar Kamboca ərazisindən güc yoluyla çıxarılacaq.

Laos bu məsələyə hələlik münasibət bildirməyib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR