Bakıda buzlu yolda maşın dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA

Bakıda buzlu yolda maşın dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA
23:37 8 Yanvar 2015
272 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 23:32 ]

Bakı. Mahir Məmmədli-APA. Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı, 90 TR 273 dövlət nömrə nişanlı avtomobil prospektin Əhməd Rəcəblıi küçəsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Elcan Abdullayev və onun qohumu, 1995-ci il təvəllüdlü Arzu Abdullayeva xəsarət alıblar. Yaralılar maşında sıxışıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb ediliblər. Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR