Bir neçə gün öncə paytaxt məkanlarının birində konsert verən müğənni Roza Zərgərli “Hər gün” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu onun son ekran işi deyil: “İlk öncə onu deyim ki, konsertimlə bağlı təəssüratlarım böyükdür. Hələ bir çox insanlar həmin gecədə iştirak istəyirdilər. Lakin bu dəfə hər kəs konsertə yerləşə bilməzdi. Bütün hər şey ürəyimcə oldu. Mənimlə yanaşı sənət dostlarım da səhnəyə çıxdı. Bu klipində anonsunu məhz öz konsertimdə verdim. Bu günə qədər bir çox kliplərə rejissorluq etmişəm. Bu dəfə rejissorluq işini dostumuz Nail Naiboğluna həvalə etdim. Kliplərimin ardı gələcək. Bu son deyil”.