Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib, xeyli sayda yaralı var
Paylaş
183 baxış·1 dəq oxu
Bakı. 18 avqust. REPORT.AZ/ Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib. "Report" NTV-yə istinadən xəbər verir ki, hadisə Turku şəhərində qeydə alınıb. Məlumatda xeyli sayda adamın yaralandığı, polisin hücum edən şəxsi zərərsizləşdirdiyi bildirilir.