Cəmisi bir neçə onillik əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin nəzəriyyəsi böyük populyarlıq qazanmışdı.

Lakin yeni arxeoloji kəşflər alimlərin Darvinin fərziyyələrinə də şübhə ilə yanaşmalarına ciddi əsaslar verdi.

Publika.az olaraq tarixdən qabaqkı insanların həyatının sirr pərdəsini açan 10 müdhiş arxeoloji tapıntını, alimlərin rəylərini icmalımızda təqdim edirik:

1. Ardi

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

Təqribən 4,4 milyon il əvvəl Efiopiyada yaşamış ardipithecus ramidus tayfaları məşhur qocaman hominidlərdir. Arxeoloqlar Ardi adlandırdıqları bir qadının skeletini tapmışlar. Sözügedən bu skelet kəllə sümüyü və dişlər də daxil olmaqla, 125 ayrı-ayrı hissələrdən ibarət idi.

Qədim qadının boyu cəmisi 1,2 metr, çəkisi isə 50 kiloya yaxın idi. Onun bapbalaca beyni, çox uzun əl barmaqları və yastı dişləri var idi ki, bu da ardipiteklərin qida rasionunun bitkilərdən, meyvələrdən və xırda məməlilərdən ibarət olduğuna dəlalət edir.

Hələ insan olmayan Ardi artıq şimpanze deyil. Ardinin skeletinin tapılması insanların ibtidai şimpanzelərdən əmələ gəldiyini iddia edən nəzəriyyəni təkzib etdi. Ardinin skeleti Efiopiyanın Milli Muzeyində saxlanılır.

2. Lüsi

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

1974-cü ildə Efiopiyada aşkar edilmiş Lüsi, bəlkə də, insan əcdadının ən məşhur qalığıdır. Bu tapıntı insan təkamülü nəzəriyyəsində əsl inqilab oldu. 1974-cü ilə qədər antropoloq-alimlər insan dərrakəsinin iki ayaq üstə yerimək qabiliyyətindən əvvəl yarandığını zənn edirdilər, Lüsi isə bunun əksini sübut etdi.

3,2 milyon yaşı tamam olmuş Lüsi insan əcdadnın məşhur ulu skeleti idi (2009-cu ildə Ardi aşkar edilənə qədər). Lüsinin xırda beyni, uzun əlləri, gödək ayaqları və böyük qarnı var imiş. Boyu cəmisi 1 metr, cəkisi isə 27 kiloya yaxın idi. Lüsinin omba və diz sümüklərinin strukturu onun iki ayağı üzərində yeridiyini göstərmişdi. Onun qalıqları Efiopiyanın Milli Muzeyinin xüsusi bir otağında saxlanılır.

3. X-qadın

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

Adının Marvell komikslərinin qəhrəmanlarının adına bənzədiyinə baxmayaraq, X-qadın heç də uydurma deyil. X-qadın təqribən 40 000 il bundan əvvəl Sibirdə yaşamışdır. Skeletindən yalnız balaca uşağın çeçələ barmağının aşkar edildiyi səbəbindən, onu «qadın» adlandırmaq o qədər də doğru olmazdı. Bununla belə, X-qadın yeni, əvvəllər məlum olmayan bir insan növüdür ki, bu da yalnız DNT analizindən sonra məlum olmuşdu.

Əvvəllər alimlər düzyeriyən insanın təqribən iki milyon il öncə Afrikanı tərk etdiyini hesab edirdilər, lakin növbəti 1,5 milyon il ərzində baş verənlərə dair heç bir məlumat yox idi. X-qadının əcdadları, böyük ehtimalla, bir milyon il öncə Afrikanı tərk edibmiş. Onun sümüklərindən götürülmüş DNT neandertal adamın və ya müasir insanın DNT-sindən fərqlənir ki, bu da üçüncü növun mövcudluğuna dəlalət edir.

4. Kürən ledi

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

Kürən ledi İspaniyanın şimalındakı El-Miron mağarasında aşkar edilmişdi. O, təqribən 18700 il əvvəl, axırıncı Buzlaq dövrünün sonlarında yaşamışdır. Sümüklərinin oxranın qırmızı piqmentinə boyanmış olduğu səbəbindən, ona «Kürən qadın» adı verilmişdi. Piqmentin kimyəvi analizi onun həmin ərazidə götürülməsinin mümkünlüyünü inkar etmişdi ki, bu da hansısa bir qədim ticarət formasının olduğunun ehtimalıdır. Piqment ya müəyyən bir ayinin tərkib hissəsidir, yaxud da konservant kimi istifadə olunmuşdu.

5. Hobbit

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

2003-cü ildə arxeoloqlar İndoneziyanın Flores adasında cırtdan-insanlar növünü aşkar etmişdi. 18000 yaşı olan «hobbit» qadın müasir insanın qalan dünyanı müstəmləkələşdirdiyi dövrdə yaşamışdı.

Flores insanının boyu cəmisi 1 metr idi və bu insan növü bioloji baxımdan müasir insanlarla sıx əlaqədar ola bilər. Bu ixtira əvvəllər Homo Sapiyensin on min illiklər öncə bütün digər insanları sıxışdırdığını hesab edən alimləri heyrətə gətirmişdi. Görünür, bu fərziyyə yanlış imiş. Flores insanının beyni qreypfrut boyda idi ki, bu da insanlardan daha çox, bugünkü şimpanzelərin beyninə daha uyğun ölçü sayılır. Bununla belə, Flores insanı ocaq qalamağı, daş alətlər düzəltməyi və qrup şəklində quş ovlamağı bacarırdı.

6. Arlinqton-Sprinq. Kişi, yoxsa qadın?

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

1959-cu ildə Kaliforniyanın Santa-Roza adasında «Arlinqton-Sprinqsli oğlan» adlandırılmış qədim bir skelet tapıldı. Onun təqribən 10 minə yaxın yaşı var. Bir neçə il keçdikdən sonra sümüklərinin qadın sümükləri kimi müəyyən olunduğu səbəbindən, «Arlinqton-Sprinqsli oğlan» dəyişib «Arlinqton-Sprinqsli qız» oldu.

Müasir texnologiyalar bu tapıntının 13 min il əvvəlki dövrə aid olunduğunu müəyyən etmişdi ki, bu da onların həmin vaxt Amerikada aşkar edilmiş ulu insan qalıqları olduğuna dəlalət edir. 2006-cı ildə bu tapıntının 40 il əvvəl qadın olduğunu müəyyən etmiş alimlər yanıldıqlarını və sümüklərin 70%-lik ehtimalla kişi cinsinə məxsus olduğunu bəyan etdikləri üçün, qız yenidən oğlan oldu.

7. Minnesotalı qadın

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

İnsanın yaranışı ilə bağlı YENİ VERSİYA: sən demə... - FOTOLAR