Bu gün Topaz Premyer Liqasında II tur başa çatacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək.


Öncə “Zirə” Yevlaxda sözünü deməyə çalışacaq. Qəsəbə təmsilçisi "tarixin yaddaşına qovuşan "Karvan"ı xatırladan Yevlax şəhər stadionunda "Kəpəz"in qonağı olacaq. Şahin Diniyevin komandası formal meydan sahibi qismində ilk xalını qazanmağa cəhd edəcək.


Ardından "Qəbələ" "doğma divarlar" arasında “Sumqayıt”la qarşılaşacaq. "Kimyaçılar" Qəbələdə uduzmaq istəmirsə, Roman Qriqorçukun yetirmələri ardıcıl 2-ci qələbəni hədəfləyib.



Topaz Premyer Liqası

II tur


20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu


Fanat.Az