Milli komandamızın Norveç və San Marino ilə oyunları üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki "DÇ-2018"in seçmə mərhələsinin oyunları üçün 25 futbolçuya dəvət göndərib.


Heyətdə 6 legioner yer alıb. Çexiyanın "Mlada", Ukrayanın "Aleksandriya", Cənubi Kiprin "Anortosis", Slovakiyanın "Jilina", Almaniyanın "Aue" və "Ayntraxt" klublarının üzvləridi.


Qeyd edək ki, millimiz sentyabrın 1-də Oslo şəhərində Norveçin qonağı olacaq, sentyabrın 4-də Bakıda San Marinonu qəbul edəcək.


Kamran Ağayev (Mlada, Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi), Tərlan Quliyev (İnter), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov

(Qarabağ), Maksim Medvedev (Qarabağ), Pavel Paşayev (Aleksandriya, Ukrayna), Maqomed Mirzabekov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Ruslan Abışov (Neftçi), Rahid Əmirquliyev (Qarabağ), Qara Qarayev (Qarabağ), Dmitri Nazarov (Aue, Almaniya), Təmkin Xəlilzadə (Zirə), Mahir Mədətov (Qarabağ), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev (Anortosis, Cənubi Kipr), Əfran İsmayılov (Qarabağ), Riçard Almeyda (Qarabağ), Ağabala Ramazanov (Qarabağ), Ruslan Qurbanov (Qəbələ), Namik Ələskərov (Neftçi), Ramil Şeydayev (Jilina, Slovakiya), Renat Dadaşov (Ayntraxt, Almaniya).


Fanat.Az