"Report"un məlumatına görə, bu barədə "RTBF" teleradioşirkəti xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Emil Jakman bulvarından təxminən 1 kilometr məsafədə baş verib. Cinayətkarı yaxalamaq mümkün olmayıb. O, motosikletlə qaçaraq gizlənməyə müvəffəq olub.
Hadisə zamanı polis əməkdaşlarından heç kim xəsarət almayıb.
Qeyd edək ki, bu, Brüsseldə polisə ikinci hücumdur.