Hücum strategiyasına KEÇİD, qələbə və məğlubiyyətin QİYMƏTİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
254 baxış·5 dəq oxu
Vaşinqton Moskvanı beynəlxalq münasibətlər
sistemindən atmaqla hədələyib. Yunanıstan Türkiyəyə aid olan adada
Bizans bayrağı qaldırıb.ABŞ və İsrail Tel-Əvivdə yerləşən
ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən
başlayıb.İsrailin İranın Suriya və Livanda raket istehsal
edən müəssisələrinin olduğunu açıqlayıb.Cənubi Koreya
prezidenti KXDR-lə bağlı hücum strategiyasını hazırlamaq barədə
göstəriş verib. Hindistan-Çin sərhədində vəziyyət gündən-günə
gərginləşməkdədir.
Türklərin Bizansı məğlub etdiyi Malazgird döyüşünün
ildönümü (Səlcuqlar və Bizans arasında 1071-ci il avqustun 26-da
baş verən döyüşdür. Qalib gələn tərəf Səlcuqlar olub
və Anadoluya yol açılıb - red.) ərəfəsində yunanlar təxribat
xarakterli addımlar atırlar.
Beynəlxalq razılaşmalara əsasən, Türkiyəyə aid olan 18 ada və 1
qayalığı işğal edən Yunanıstan bu torpaqlarda Bizans bayrağı
qaldırıb.
Türkiyə Müdafiə Nazirliyinin keçmiş baş katibi Ümid Yalım türk
adalarında Bizans bayrağının qaldırıldığını göstərən fotoların
Yunanıstan ordusuna aid internet saytında dərc edildiyini
bildirib.
Onun sözlərinə görə, Yunanıstan Quru Qoşunlarının komandiri
general-leytenant Alkiviadis Stefanis avqustun 5-də Bulamaç,
avqustun 6-da isə Kalolimnoz adasını ziyarət edib.
Türkiyə torpaqlarında Bizans dövləti qurulur - ANKARAYA MESAJ - FOTOLAR
“Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq
bunun Moskva üçün ciddi beynəlxalq nəticələri
olacaq”. Bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi
Kurt Volker deyib.
Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki
münaqişənin dondurulmasında maraqlıdır.
“Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq.
Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”,
- Volker bildirib.
Torpaqlar azad edilməsə... - Rusiyaya qarşı ABŞ-ın MƏHVEDİCİ PLANI
Rusiya ordusunun Cənub Hərbi Dairəsinə aid aviasiya
və hava hücumundan müdafiə qüvvələri tam döyüş hazırlığı
vəziyyətinə gətirilib. Bununla bağlı Rusiya
Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general
Valeri Gerasimov əmr verib.
Rostov və Volqoqrad bölgələrinə, Krasnodar və Stavropol
əyalətlərində, Şimali Osetiya-Alaniya və Krım respublikalarına
yerləşdirilən hava hücumundan müdafiə qüvvələrinin şəxsi heyəti
həyəcan siqnalı ilə qaldırılıb.
Yoxlama zamanı aviatexnika, pilot və mütəxəssislərin döyüş
hazırlığı qabiliyyəti yoxlanılıb. Döyüş qabiliyyəti müxtəlif
səviyyələrdə taktiki təlimlərin nəticələrinə əsasən
qiymətləndiriləcək.
ABŞ və İsrail Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin
Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən
başlayıb. Bu barədə “Tayms of İsrail” informasiya
yayıb.
Səfirliyin Qüdsə köçürülməsi ötən həftə İsrailin Baş naziri
Benyamin Netenyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri
Cared Kuşner arasında keçirilən görüşün də əsas mövzularından biri
olub.
Qeyd edək ki, hələ 1995-ci ildə Konqres tərəfindən qəbul edilən
qanun layihəsinə görə, İsraildəki ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə
köçürülməli idi. Ərazinin mübahisəli bölgə olması səbəbindən ABŞ
prezidentləri vaxtaşırı həmin qərarı təxirə salıblar.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Suriya
və Livanda raket istehsal edən müəssisələrinin olduğunu
bildirib. Netanyahu İranın bu imkanlardan gələcəkdə
İsrailə qarşı istifadə etmək məqsədinin olduğunu da deyib. Onun
sözlərinə görə, İran Suriyada uzunmüddətli raket müəsissəsi tikib
və bu qəbuledilməzdir.
“Tehran həm Suriya, həm də Livanda dəqiq idarə olunan raket
müəssisələrinə malikdir. İsrail bununla barışa bilməz. Eləcə də BMT
bunu qəbul edə bilməz”, - Netanyahu bildirib.
İsrailin “Kanal 2” telekanalı daha əvvəl İranın Suriyanın
şimali-qərbində, Aralıq dənizi sahilində yerləşən Banyas
qəsəbəsində uzun mənzilli raket istehsalı üçün zavod inşa etdiyini
göstərən fotoşəkilləri dərc edib.
Fotoşəkillər peykdən çəkilmişdi.
Cənubi Koreya prezidenti Mun Çje İn ölkənin silahlı
qüvvələrinə Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum
strategiyasını hazırlamaq barədə göstəriş verib. “Mən
silahlı qüvvələrin strukturunda müasir döyüş tələblərinə cavab
verən islahatların keçirilməsini istəyirəm. Şimali Koreya təxribat
törədəcəyi halda, yaxud da paytaxt Seula zərbə vuracağı halda, biz
hücum strategiyasına tez keçə bilməliyik”, - “Renxap” informasiya
agentliyi prezidentdən sitat gətirib.
Prezidentdən hücum xəbərdarlığı: “Paytaxta zərbə endirilərsə...”
Hindistan-Çin sərhədində vəziyyət günü gündən daha
çox narahatlıq doğurur. Nüvə dövlətləri bir-birini sərhəd
təxribatlarında ittiham edirlər. Hindistan şimal sərhədlərində üç
yeni hərbi korpus açır, Çin hərbi güclərini Tibetə
çəkir.
Çin və Hindistan arasında yarım əsrdir davam edən sərhəd
gərginliyi hind əsgərlərinin Çin sərhədini keçərək yol inşasına
mane olması ilə yenidən artır.
Bütün sərt bəyanatlara və qoşunların hərəkətlərinə baxmayaraq,
indi nə Nyu-Dehlidə, nə də Pekində böyük müharibəni istəmirlər.
Kiçik sərhəd münaqişəsi çıxış yolu deyil. Məğlubiyyət regional
liderlik iddialarından avtomatik imtina anlamına gəlir. Məhz
Hindistan və Çin regional liderlik uğrunda mübarizə aparır.
Qələbənin qiyməti isə çox böyük olacaq.
Kiçik keçid və böyük münaqişə: Daha bir nəhəng ölkə iki hissəyə BÖLÜNƏCƏK
Filippin prezidenti Rodriqo Duterte narkoticarətlə
mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri”
öldürməyə icazə verib. “Sizin xidməti borcunuz tələb
edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən
gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu
mənim əmrimdir”, - Duterte bildirib.
Daha əvvəl Duterte özünün illik müraciətində qeyd edib ki,
beynəlxalq təşkilatlar tərəfindən edilən tənqidlərə baxmayaraq,
ölkədə narkoticatərlə mübarizədən geri çəkilmək niyyətində
deyil.
2016-cı ilin mayında prezident seçilən Rodriqo Duterte
narkoticarətə qarşı genişmiqyaslı kampaniyaya başlayıb. BMT-nin son
məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişi anından
cinayətkar qruplaşmalarla mübarizənin gedişatında 6 mindən çox
insan öldürülüb.
Dünya ictimaiyyəti Filipin hakimiyyətinin mübarizə metodlarını
dəfələrlə ittiham edib.