“Qarabağ” millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Belə ki, “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında Ağdam komandasında keçirəcək.

21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiya “Jilina”sında keçib.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.