Bu gün "DÇ-2018"in seçmə mərhələsində 8-ci turun oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxacaq.


Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edəcək. Səfərdə keçirilən görüşdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz bu görüşdə də maksimum nəticə qazanmağa çalışacaq.


Ardıcıl 4 oyundur məğlub olan komandamız bu gün qalib gəlməklə 5-ci yerdən 3-cü yerə yüksələ bilər. Bunun üçün qrupdakı rəqiblərimizdən Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.


DÇ-2018

Seçmə mərhələ

C qrupu, VIII tur


4 sentyabr

20.00 Azərbaycan - San Marino

Azərbaycan: Səlahət Ağayev, Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.

Hakimlər: Nikola Dabanoviç, Milutin Djukiç, Yovitsa Tatar, Pavle Radovanoviç (Monteneqro).

Hakim-inspektor: Kay Osterqard (Danimarka).

Komissar: Oljas Abrayev (Qazaxıstan).

"Bakcell Arena".


1. Almaniya 7 7 0 0 29:2 21

2. Şimali İrlandiya 7 5 1 1 14:2 16

3. Çexiya 7 2 3 2 10:7 9

4. Norveç 7 2 1 4 8:10 7

5. Azərbaycan 7 2 1 4 3:11 7

6. San Marino 7 0 0 7 1:33 0


Fanat.Az