Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib
Paylaş
·97 baxış·1 dəq oxu
Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli idarəsinin binasına hücum hazırlayan terrorçu-kamikadzeni zərərsizləşdirib. "Report" DHA-ya istinadən xəbər verir ki, əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənərək atəş açıb. Partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir.