Roza Zərgərlinin model və aktyor oğlu Corc Qafarov anası ilə birgə tədbirlərin birində görüntülənib.
Publika.az xəbər verir ki, gənc model “20-lik” realiti şousunda iştirak etməyi ilə bağlı çıxan xəbərləri təsdiqləyib. Gənc model ARB TV-də yayımlanacaq layihənin gecikdiyini və bəzi problemlərin yarandığını bildirib:
“Layihənin nə vaxt efirə gedəcəyini bəlli deyil. Çox məlumatım olmadığı üçün yalan informasiya verə bilmərəm. İlk dəfə çəkilişlərin 4 ay çəkəcəyini bildirmişdilər. Sonra azaldaraq 3 ay etdilər, daha sonra isə 20 günə endi. Çəkilişlərimiz bir neçə günə başlayacaq”.
Yeni mövsümdə tək realiti şou ilə yetinməyəcəyini bildirən Corc Qafarov yerli serialların birində rol alacaq:
“Layihə bitdikdən sonra ARB TV-də “Fərid və Leyla” adında serialda baş rolu canlandıracam. Adım Fəriddir. Serial melodram janrında olacaq. Serial 12 bölümdən ibarətdir. Çəkilişlərimiz sentyabrın 18-də başlayacaq”.
Pərviz Hüseyn