Polşa hökuməti 2-ci Dünya müharibəsi dövründə dəymiş ziyana görə Almaniyadan 1 trilyon dollar təzminat tələb edir.

Metbuat.az-ın məlumatına görə, Polşanın Xarici İşlər Nazirliyindən bildirilib ki, həmin illərdə ölkəyə 1 trilyon, hətta daha böyük məbləğdə ziyan dəyib. Varşavada bəyan ediblər ki, məsələ barədə Berlinlə ciddi danışıqlar aparılmalıdır.

Qeyd edək ki, 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumuyla başlayan 2-ci Dünya müharibəsi zamanı 6 milyon polşalı həlak olub.

Sübhan / METBUAT.az