"Evdə konservləşdirilmiş məhsul hazırlamayın"

Cari ilin 8 ayı ərzində qida zəhərlənməsi ilə xəstəxanaya 92 müraciət olub.

Metbuat.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva bu gün keçirilmiş tədbirdə deyib.

Həkim qeyd edib ki, xəstələr müvafiq müayinə-müalicə aldıqdan sonra evə göndərilib. 724 nəfər isə müxtəlif kəskin mədə və yoğun bağırsaq iltihabı ilə müalicə alıblar. Botulizmlə bağlı 13 nəfər müraciət edib. Qida zəhərlənmələri arasında ölüm hallarına rast gəlinməyib.

Yay-payız aylarında qışa tədarük edildiyi üçün konservləşdirilmiş məhsullar hazırlanır.

Baş infeksionist xüsusilə, zəhərlənmə halları arasında konservləşdirilmiş məhsulların çox olduğunu qeyd edib.

Gülnarə Babayeva konservləşdirilmiş məhsulları (turşu, kompot)evdə hazırlamamağı məsləhət görüb. “Botulizmdən qorunmaq üçün marketlərdə satılmış konservləşdirilmiş məhsullardan istifadə edin, çünki həmin məhsullar xüsusi gigiyena qaydalarına riayyət etməklə hazırlanır”.

Aysel Yaqubqızı / Metbuat.az

Ağciyər xərçənginə qarşı möcüzəvi qarışıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR